İdman
28.06.2018 / 14:25

Azərbaycan polisinin 100 illiyinə həsr olunan yarış keçirilib- FOTO

Azərbaycan polisinin 100 illiyinə həsr olunan  yarış keçirilib-
İyunun 27-də DİN İdman Cəmiyyətində Azərbaycan Polisinin 100 illiyinə həsr olunmuş güc strukturları arasında cüdo üzrə DİN-in açıq çempionatı keçirilib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Ulu öndərimizin və onun siyasi kursunu davam və inkişaf etdirən möhtərəm dövlət başçımızın ölkənin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğıdan bəhs edən video-çarx nümayiş olunub.

Yarış iştirakçılarını salamlayan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə polis əməkdaşlarını təbrik edib, onlara bu çətin və şərəfli xidmətdə uğurlar arzulayıb.

Yarışın əhəmiyyətini yüksək qiymətləndirən İ.İsmayılov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.

İlk Avropa və IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də ayrı-ayrı idman növləri üzrə dünya, Avropa çempionatlarının, Qran-Pri yarışlarının, mötəbər turnirlərin ölkəmizdə keçirilməsini bunun bariz nümunəsi olduğunu deyərək, ölkə idmançıları arasında daxili işlər orqanlarının əməkdaşlarının parlaq qələbələrinin soydaşlarımıza sevinc və qürur bəxş etdiyini diqqətə çatdırıb.

Milli Olimpiya Komitəsinin vitse-Prezidenti, Dünya və Avropa çempionu Xəzər İsayev Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə keçirilən bu yarışda ölkəmizin digər hüquq mühafizə və güc strukturlarının komandalarının iştirakını yüksək dəyərləndirərək idmançıların yarış təcrübələrinin artmasına əvəzsiz töhfəolduğunu bildirib.

Daha sonra DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev Azərbaycan Polisinin keçdiyi tarixi yola qısa nəzər salaraq tarixin bütün dönəmlərində daxili işlər orqanları əməkdaşlarının daim xalqa sədaqətlə xidmət etməsindən, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanmasından danışaraq bu layiqli xidmətin ölkə rəhbərliyi və ictimaiyyət tərəfindən layiqili qiymətini aldığını bildirib.

Yarışın açılış mərasimində incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və milli rəqslər əsl bayram ovqatı yaradıb.

Komandalar tribuna önündən keçiblər.Daha sonra yarışlara start verilib.

Bu yarışda Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinitəmsil edən ümumilikdə6 komandadan 100-dən çox idmançı qələbə uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdəDaxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşları qərarlaşıblar.

Azərbaycan polisinin 100 illiyinə həsr olunan  yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan  yarış keçirilib-

Azərbaycan polisinin 100 illiyinə həsr olunan  yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan  yarış keçirilib-


Azərbaycan polisinin 100 illiyinə həsr olunan  yarış keçirilib-




Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 585