İqtisadiyyat
28.06.2018 / 09:00

"Müğənnilər vergi ödəyirlər,amma..."- Sahib Ələkbərov

"Müğənnilər vergi ödəyirlər,amma..."-
"Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər."

İnform.az-ın xəbəriniə görə, bunu özəl olaraq Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir: "Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".

Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:

"Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər".

İnform.az

Baxış sayı: 41