Siyasət
27.06.2018 / 09:54

"Ermənistan təmsilçilərinin AŞ PA-da çıxış etmək haqqı olmamalıdır"- Qənirə Paşayeva

"Ermənistan təmsilçilərinin AŞ PA-da çıxış etmək haqqı olmamalıdır"-
Millət vəkili Qənirə Paşayeva AŞ PA-da “Azad müzakirələr” zamanı Ermənistan təmsilçilərinə sərt cavab verib.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, Q.Paşayeva AŞ, AŞ PA rəhbərlərinə çağırış edib.

Çağırışda deyilir: "Bir neçə gün əvvəl Azərbaycan və Türkiyə qədər Avropanın enerji təhlükəsizliyi üçün də önəmli olan TANAP layihəsinin açılışı oldu.

Azərbaycan və Türkiyənin liderliyi ilə bu önəmli layihənin reallaşması yaxın gələcəkdə Azərbaycan qazının Avropaya nəqli üçün mühüm bir addım idi. Enerji təhlükəsizliyi hər bir ölkəni, Avropa ölkələrini də ciddi maraqlandıran və narahat edən bir məsələdir. Azərbaycan Avropalı tərəfdaşları ilə birlikdə sadəcə özünün deyil, Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verə layihələri həyata keçiririr. Bundan bir müddət əvvəl isə Azərbaycanın liderliyi ilə Bakı-Tiflis-Qars dəmiryolu layihəsi kimi Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat layihəsi istifadəyə verildi. Amma çox təəssüf ki, bu böyük layihələri reallaşdıran Azərbaycanın torpaqlarının hələ də 20 faizinin Ermənistanın işğalı altındadır. Ermənistanın 25 ildən artıqdır ki, işğalı davam etdirməsi və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün evinə dönməsinə imkan verməməsi çox həssas bölgədə gərginliyi daha da artırır. Ermənistanın əvvəlki rəhbərliyi, cinayətkar Sarkisyan rejiminin BMT Təhlükəsizlik Şurası, AŞ PA qətnamələrinə məhəl qoymayaraq işğal etdikləri torpaqları azad etməkdən imtina etməsi Cənubi Qafqaz kimi Avropa üçün də önəmli bir bölgədə gərginliyi daha da artırırdı. Biz Assambleyamızı, Avropa Şurası və Parlament Assambleyasının rəhbərliyini çağırırq ki, Ermənistanın yeni rəhbərliyi ilə görüşlərdə, müzakirələrdə bu məsələni xüsusi diqqətdə saxlasınılar və Ermənistanın yeni rəhbərliyindən Sarkisyan rejiminin cinayətlərini davam etdirməməsini və işğal edilən Azərbaycan torpaqlarının azad edilməsini tələb etsinlər".

Millət vəkili həmçinin Assambleyanı, təşkilatın rəhbərliyini AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin, Sərsəng su anbarı ilə bağlı qətnamənin, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa məhkəməsi qərarlarını yerinə yetirmələri üçün Ermənistanın yeni rəhbərliyinə səslənməyə çağırıb: "Assambleyamız Ermənistanın yeni rəhbərliyini bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməyə çağırmalıdır və tələb etməlidir. Ermənistanın işğalçı və cinayətkar Sarkisyan rejimi Avropa Şurası Parlament Assambleyasının çağırışlara məhəl qoymaraq qanunsuz olaraq girov saxladıqları və işgəncə verdikləri azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmirdilər. Assambleyamız Ermənistanın yeni rəhbərliyini bu qanunsuz əməlləri davam etdirməməyə və azərbaycanlı girovları azad etməyə çağırmalı və tələb etməlidir. Eyni zamanda AŞ PA Ermənistanın yeni rəhbərliyini Suriyadan köçən ermənilərin Ermənistana deyil, işğal edilən Azərbaycan torpaqlarına köçürülməsi kimi qeyri-qanuni, gərginliyi daha da artıran əməlləri davam etdirməməyə çağırmalı və tələb etməlidir. AŞ PA bu məsələləri Ermənistanın yeni rəhbərliyi qarşısında ciddi şəkildə qaldırmalı və AŞ PA-nın qəbul etdiyi qərarları yerinə yetirməsini tələb etməlidir. Avropa üçün çox vacib bir bölgə olan Cənubi Qafqaz bölgəsində gərginliyin azalması, sabitlik və təhlükəsizliyin yaranması Ermənistanın işğal etdiyi torpaqları azad etməsindən keçir. Biz Assambleyamızı qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa və onların həyata keçməsi üçün ciddi addımlar atmağa çağırırıq".

Millət vəkili qeyd edib ki, işğalçı bir ölkənin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını pozaraq onların öz evlərinə dönməsinə imkan verməyən Ermənistanın təmsilçilərinin burada bizə insan haqlarından danışması absurddur: "Onlara söyləmək istəyirəm ki, sizin bu mövzularda burada danışmaq üçün haqqınız yoxdur”.

İnform.az

Baxış sayı: 25