Dünya
27.06.2018 / 09:30

İrana bu məhsulların gətirilməsi qadağan edildi- QƏRAR

İrana bu məhsulların gətirilməsi qadağan edildi-
İranda valyuta məzənnələrinin bahalaşmasından sonra hakimiyyət ölkəyə idxal edilən 1300-dən çox məhsula qadağa tətbiq edib.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ-ın İranla əldə etdiyi nüvə razılaşmasından çıxması və Tehrana qarşı sanksiyalara başlamasından sonra valyuta məzənnələrində ciddi bahalaşma müşahidə edilir.

Yerli xəbərlərə görə, İranın sənaye və ticarət naziri Mohammad Şəriətmədari 1339 adda məhsulun ölkəyə idxalına qadağa tətbiq edib.

Nazir qeyd edib ki, bu məhsulları İran özü istehsal edə bilər.

Həmin məhsullara toxuculuq, ayaqqabı, dəri məmulatları, mebel və səhiyyə avadanlıqları da daxilıdir.

İnform.az

Baxış sayı: 132