Dünya
27.06.2018 / 01:25

"Azərbaycan Ordusu regionun ən güclü ordusudur"- David Ethell

"Azərbaycan Ordusu regionun ən güclü ordusudur"-
"Azərbaycanın çox güclü və müasir hərbi texnikası olan ordusu var. Biz bunu yüksək qiymətləndiririk".

İnform.az "Report"-a xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin Cənubi Qafqaz ölkələri üzrə hərbi attaşesi David Ethell söyləyib.

O daha sonra deyib: "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi qeyd olunur. Azərbaycan Silahlı Qüvvələri 100 il əvvəl yaransa da, sonradan fəaliyyətini dayandırıb. Lakin 1990-cı illərdə Azərbaycan Silahlı Qüvvələri yenidən bərpa olundu və bu gün regionda ən güclü ordudur".

O, qeyd edib ki, bu, "Azərbaycanda Silahlı Qüvvələrə göstərilən diqqətin nəticəsidir".

İnform.az

Baxış sayı: 35