Dünya
27.06.2018 / 01:00

Tramp bu ölkələrə qadağa qoydu: Bundan sonra...

Tramp bu ölkələrə qadağa qoydu:
ABŞ Ali Məhkəməsi Prezident Donald Trampın 5 müsəlman ölkə (İran, Liviya, Suriya, Somali, Yəmən) vətəndaşlarının ölkəyə girişini qadağan edən qanun layihəsini təsdiqləyib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, məhkəmə qərarın təsdiqlənməsini sözügedən ölkələrdən gələn şəxslərin immiqrantlarla bağlı qanuna əməl etməmələri ilə əsaslandırıb.

Tramp qərarın təsdiqlənməsi barədə xəbəri sosial şəbəkə hesabından paylaşıb.

Qeyd edək ki, ötən ildən müzakirəyə çıxarılan qanun layihəsində Sudan da daxil olmaqla, 6 müsəlman ölkəsi vətəndaşlarına səyahət qadağası tətbiq edilməsi nəzərdə tutulurdu.

İnform.az

Baxış sayı: 102