Gündəm, Dünya
28.07.2015 / 09:20

PKK-nın xain hücumu

PKK-nın xain hücumu

Türkiyə Jandarma qüvvələri itki verib. Belə ki, Malazgirt Qarnizon Jandarma komandiri minbaşı Arslan Kulaksız bir qrup silahlı tərəfindən xaincəsinə öldürülüb.
Həyat yoldaşı və qızı ilə birlikdə şəxsi avtomobilində olan Kulaksız, iki avtomobil tərəfindən çarpaz şəkildə atəşə tutulub.
Hadisədən sonra ağır yaralanan minbaşı təcili yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və Arslan Kulaksız xəstəxanada şəhid olub.
Minbaşının həyat yoldaşı və qızı isə yüngül xəsarət alıblar.
Olaydan sonra Türkiyə prezidenti Erdoğan, şəhid minbaşının həyat yoldaşı Sibel Kulaksızla əlaqə saxlayaraq baş sağlığı verib.

İnform.az


Baxış sayı: 367