Hüquq
26.06.2018 / 11:23

Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb

Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb
İyunun 24-də Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində naməlum şəxsin kənd sakini Bəhruz Əliyevə bıçaqla xəsarət yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən kənd sakini Rəşad Muradzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnform.az

Baxış sayı: 197