Baş xəbər, Hərbi
26.06.2018 / 10:57

"Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur"- İlham Əliyev

"Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur"-
"Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi."

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu bayram ərəfəsində, keçən ay Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpaq azad edildi:

"Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir.

Biz strateji yüksəklikləri zəbt etdik.

Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq.

Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir də onu göstərdi ki, biz istənilən vəzifəni böyük məharətlə, peşəkarlıqla icra edə bilərik və icra edirik. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etsin".

İnform.az

Baxış sayı: 34