Baş xəbər, Hüquq
26.06.2018 / 09:50

"Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb"- DİN-in məlumatı

 "Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb"-
Respublikanın Daxili İşlər orqanları tərəfindən ötən gün ərzində 104 cinayət faktı qeydə alınmış, onların da 22-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 234