Siyasət
26.06.2018 / 09:35

“İran Azərbaycanı təhdid edir” – Cənubda təhlükəli manevrlər

“İran Azərbaycanı təhdid edir” –
"İranın Yaxın Şərqdə həyata keçirdiyi hərbi əməliyyatlar Azərbaycanın milli təhlükəsizliyini də təhdid edir..."

İnform.az-ın xəbərinə görə bunu teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, Yəməndə İranın dəstəklədiyi qiyamçı husilərlə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri arasındakı silahlı qarşıdurma qızışıb:

“Hesab edirəm ki, Suriyadan sonra Yəmənin də parçalanmaq təhlükəsi qarşısında qalmasında İranın müstəsna rolu var. İranın hər iki ölkədə xüsusilə də, Yəməndə əsas hədəfi Səudiyyə Ərəbistanıdır. Husiləri də hakimiyyət qüvvələrinə qarşı qaldıran əsas güc İrandır.

Qənaətimə görə, İran Yaxın Şərqdə hədəfinə nail olarsa, bu, bizim ölkəmizi də təhdid edə bilər. Yəməndə insanlıq dramı yaşanır. Ölkə yoxsulluğun pik həddindədir. Yoluxucu xəstəliklər, aclıq baş alıb gedir. İran isə Yəmən xalqına humanitar yardım etmək yerinə, qiyamçıları silahlandırmaqla müharibənin davamiyyətini uzadır.

Qonşuluğumuzda aqressiv dövlətin olması milli təhlükəsizliyimizə ziddir. Şimalda Rusiya, cənubda İran və qərbdə Ermənistan kimi işğalçı və işğala dəstək verən qonşularımızın hər biri Azərbaycana qarşı ortaq mövqedədir”.

İnform.az

Baxış sayı: 27