Dünya
26.06.2018 / 02:00

Sarkisyanın sabiq cangüdəni həbs olunub- İrəvanda

 Sarkisyanın sabiq cangüdəni həbs olunub-
İrəvanda dövlət mühafizə xidməti rəisinin birinci müavini general-mayor Vaçaqan Kazaryan həbs edilib.

İnform.az-ın APA-nın məlumatına istinadən verdiyi xəbərə görə, bu barədə “news.am” xəbər verib.

Keçmiş prezident Serj Sarkisyanın sürücüsü və şəxsi cangüdəni kimi tanınan V. Kazaryan qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə şübhəli bilinir.

Qeyd edək ki, ötən gün İrəvanda Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb, bir müddət sonra isə sərbəst buraxılıb.

İnform.az

Baxış sayı: 25