Maraqlı
23.06.2018 / 10:27

Ən təhlükəli ölkələrin siyahısı açıqlanıb

Ən təhlükəli ölkələrin siyahısı açıqlanıb
Sığorta hadisələrinin araşdırılması dünyada turistlər üçün ən təhlükəli yerləri aşkara çıxarıb.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Endsleigh Insurance Services” sığorta şirkətinin məlumatında bildirilib.

Kompaniyanın məlumatına görə, 2017-ci ildə baş verən sığorta hadisələrinin dörddə biri (23 faizi) Tailandın payına düşüb.

İkinci və üçüncü yerləri Çili və ABŞ bölüşür. Bu ölkələrdə 15 faiz sığorta hadisəsi baş verib. İspaniya, Almaniya, Nepal və Perunun payında 8 faiz sığorta hadisəsi var.

Siyahıya Fransa da düşüb. Onluğu Baham adaları və Braziliya qapayır.

İnform.az

Baxış sayı: 96