Dünya
23.06.2018 / 09:12

Livanda qadın polislərindən maraqlı addım- ŞORTİK geyindilər

Livanda qadın polislərindən maraqlı addım-
Livan şəhərlərindən birində turist cəlb etmək məqsədi ilə gənc polis qızlara cəlbedici uniforma geyindirilib.

İnform.az “Report”-a istinadən xəbər verir ki, Brumman şəhərinin gənc asayiş keşikçiləri qısa mini şort, mayka və qırmızı beretdə xidmət edirlər.

Bu aksiya şəhər meri tərəfindən düşünülüb. Bu ideya turist cəlb etməklə yanaşı, ölkənin imicini yaxşılaşdırmağa da yönəlib.

"Aralıq dənizi regionuna gələn turistlərin 99 faizi şortda gəzir. Biz Qərbdə Livan haqqında olan pis təsəvvürü dəyişmək istəyirik", - deyə mer Pyer Aşkar bildirib.



İnform.az

Baxış sayı: 36