Sosial, Hadisə
23.06.2018 / 09:45

Bağçada uşağı dağladılar- Gəncədə(Foto)

Bağçada uşağı dağladılar-
Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.

Qeyd olunur ki, Gəncə şəhər 31 saylı usaq bağçasında müəllimə 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basıb.

Valideynin şikayətinə cavab olaraq müəllimə deyib ki, Saranın üzünü digər uşaq dişləyib. Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Üzü yandırılan uşağın fotolarını təqdim edirik:

Bağçada uşağı dağladılar-


Bağçada uşağı dağladılar-


İnform.az

Baxış sayı: 68