Elm-təhsil
22.06.2018 / 18:10

UFAZ-da açıq qapı günü keçirilib- FOTO

UFAZ-da açıq qapı günü keçirilib-
İyunun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) abituriyentlər, onların valideyinləri və UFAZ-da təhsillə maraqlananlar üçün açıq qapı günü keçirilib.
Bu barədə İnform.az-a ADNSU İctimaiyyetle əlaqələr və marketinq Departamentindən məlumat verilib.

Məlumata görə, tədbir UFAZ haqqında videoçarxın nümayişi ilə başlayıb. UFAZ-ın direktoru Vazeh Əsgərov və baş katibi Şarlotta Payen universitet haqqında təqdimatla çıxış ediblər. Sonra tədbir iştirakçılarına UFAZ-a qəbul prosesi və tədris proqramları haqqında ətraflı məlumat verilib.

Sonda UFAZ-a sənəd vermək istəyən abituriyentlər və onların valideynlərinin sualları cavablandırılıb.

Qeyd edək ki, UFAZ 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan-Fransız Universitetinin yaradılmasına dair sərəncam imzalayıb.

UFAZ-da bütün ixtisaslar üzrə tədris 1 il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər.

Tədris fransız proqramı əsasında aparılır.

UFAZ-da açıq qapı günü keçirilib-


UFAZ-da açıq qapı günü keçirilib-


UFAZ-da açıq qapı günü keçirilib-


UFAZ-da açıq qapı günü keçirilib-


İnform.az

Baxış sayı: 289