Qarabağ
22.06.2018 / 17:44

"Uşaqların vəziyyətinə görə iki gün ağladım"- Erməni əsgəri

"Uşaqların vəziyyətinə görə iki gün ağladım"-
Aprel döyüşlərində könüllü şəkildə iştirak edən Seryoja Kamalyan, erməni əsgərlərinin necə qidalandığını, Ordumuz tərəfindən atılan yüzlərlə gülləni necə saydıqlarını görəndə Ermənistan ordusunda baş verənlərdən təsirləndiyini unutmadığını etiraf edib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, Kamalyan döyüşlərin bərpasından sonra cəbhəyə getməyə qərar verib və İcevan Hərbi Komissarlığına könüllü olaraq cəbhəyə getmək üçün müraciət edib.

Dostu ilə görüşdüyünü söyləyən Kamalyan, ondan "Yerkrapah" təşkilatının bir qrupunu Qarabağda əvəz etməyə ehtiyac olduğunu öyrənib.

Bunu eşitdikdən sonra "Yerkrapah"ın yerli orqanına üz tutub. Burada, ona bildirirlər ki, bu şəkildə cəbhəyə getmək üçün ittifaqın üzvü olmaq zəruridir. 59 yaşlı Kamalyan, ittifağa qoşulmaq üçün bu alçaldıcı addımı ataraq müraciət etdiyini qeyd edir.

Məlumata görə, onlar İcevan və Dilicandan 15 nəfər yola düşüblər. Daha sonra işğal altında olan Hadrutda qulluğa başlayıblar. Onun sözlərinə görə, hərbi hissədə olduğu bu 25 gün ərzində erməni sakinlərin və məktəblilərin yardımından istifadə etməyiblər.

"Onlar gəldikdə bizə yalnız bir qutu şirniyyat və konfet verdilər. Biz Müdafiə Nazirliyinin təmin etdiyi, çox keyfiyyətsiz ərzaqlardan istifadə edirdik. Mən, gördüyüm uşaqların vəziyyətinə görə iki gün ağladım, budurmu sizin saxladığınız əsgərlər. Yeməyə baxırsan, yemək deyil, çörəyi istifadəyə yararsız, çirkin bir şey.

Soruşuram bu nə çörəkdir, deyə? Musonun çörəyidir, Movses Hakobyanın biznesidir. Çörəyin kənar yerlərini yeyir və qalan hissələrini şuxura doldururlar. Bu "tuşonka" yeyilmir, sadəcə yemək mümkün deyil. Görürsən ki, ayı da yemir, bu yeməli bir şey deyil, açdığın anda üfunət iyisi yayılırdı", - deyə Kamalyan aprel döyüşlərində ermənilərin düşdüyü açınacaqlı vəziyyəti təsvir edir.

Baxış sayı: 41