Hərbi, Qarabağ
22.06.2018 / 16:50

Aprel döyüşlərində Soçidən Qarabağa avtomobillər göndərilib - YENİ DETALLAR

Aprel döyüşlərində Soçidən Qarabağa avtomobillər göndərilib -
Ermənistanın işğal altında olan Qarabağdakı qanunsuz hərbi rəhbərliyi Manvel Qriqoyanın şəxsi avtomobil parkındakı UAZ-lar, təcili tibbi yardım maşınları ilə hər hansı əlaqəsinin olmadığını iddia etməkdə davam edir.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, Manvel Qriqoryanın hər 3 avtoparkında aşkar edilən avtomobillərdən bəziləri Rusiyada yaşayan ermənilər tərəfindən Qarabağdakı qanunsuz silahlı birləşmələrə göndərilsə də, avtomobillər Manvel Qriqoryan tərəfindən yaxınlarının adına sənədləşdirilərək şəxsi parka aparılıb.

Qarabağdakı səhra komandirlərindən biri olan Vahan Badasyan qeyd edir ki, Manvel Qriqoryan bu maşınları, ya Sahakyandan istəyib, onlar da veriblər, ya da birbaşa əllərindən alıb.

""Yerkrapah" deyilən təşkilatın rəhbərlərindən heç kim aprel döyüşləri ərəfəsində cəbhədə olmayıb. Postlardakılar yalnız könüllü gəlmək istəyən və həmin ərəfədə məcburi qaydada bu təşkilata üzv edilən şəxslərdir. Həmin zaman Soçi şəhərindən ordu üçün avtomobillər göndərilib", - deyə o qeyd edib.

İstintaq orqanından verilən məlumata görə maşınları kimlərin göndərdiyi artıq müəyyən edilib. Lakin nə məqsədlə və kimə göndərildiyi araşdırılır. Avtomobillərin aprel döyüşləri ərəfəsində gətirilməsi də təsdiq edilib.

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan isə öz "Facebook" səhifəsində xahiş edib ki, göndərilən yardımların Qarabağa çatdıqdan sonra Üçmüədzinə geri daşınıb-daşınmamasını və ümumiyyətlə Qarabağa gedib çıxmaması barədə məlumatları aydınlaşdırsınlar.

İnform.az

Baxış sayı: 49