Elm-təhsil
22.06.2018 / 16:27

Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib- FOTO

Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib-
AMEA-nın Əsas binasında Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib.

Respublika botaniklərinin iştirakı ilə keçirilən tədbirdə Cəmiyyətinidarə heyəti seçilib və Nizamnaməsinin II redaksiyasına dəyişikliklər layihəsi təqdim olunub.

Yığıncaqda AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadəyekdilliklə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, səsvermə yolu ilə AMEA-nın həqiqi üzvü Tariyel Talıbov, AMEA-nınmüxbir üzvü Maqsud Qurbanov,AMEA-nın müxbir üzvü Vaqif Novruzov Cəmiyyətin vitse-prezidentləri vəAMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayeva isəməsul katibitəyin olunublar.

Sonda Azərbaycan Botaniklər Cəmiyyətinin regionlar üzrəelmi əlaqələrin inkişafı, yüksəkixtisaslı kadr hazırlığı, botanika elminin təbliği və bioloji müxtəlifliyin qorunması üzrə fəaliyyətinin gücləndirilməsi müzakirə olunub.

Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib-


Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib-


Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib-


Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib-


Azərbaycan Botaniklər Cəmiyyətinin Ümumi yığıncağı keçirilib-


İnform.az

Baxış sayı: 31