Din
22.06.2018 / 15:45

Qazaxda keçirilən ikigünlük seminar-treninq başa çatıb- FOTO

Qazaxda keçirilən ikigünlük seminar-treninq başa çatıb-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax rayonunda keçirilən “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusundakı ikigünlük seminar-treninq iyunun 22-də öz işini davam etdirib.

Qurumun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Qazax Rayon Gənclər Mərkəzində keçirilən tədbirdə DQİDK sədrinin müavini Gündüz İsmayılov, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, qeyri hökumət təşkilatlarının nümayəndələri, eləcə də YAP rayon təşkilatının gənc üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin rəsmisi Məhəmməd Orucov ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi istiqamətində görülən işlər barədə ətraflı danışaraq bu sahədə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Seminar-treninqdə çıxış edən DQİDK sədrinin müavini G.İsmayılov dini radikalizm və ekstremizmlə mübarizədə görülən işləri sadalayıb. O bu istiqamətdə əsas vasitənin maarifləndirici və inzibati metod olduğunu bildirib. Natiq bununla bağlı gənclərin düzgün dini bilgilərə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.

G.İsmayılov, həmçinin müsəlman və radikal insanın xüsusiyyətlərindən bəhs edərək qeyd edib ki, həqiqi müsəlman təhsilli, elmli olan, böyüyə hörmət edib kiçiyə mərhəmət göstərən, Vətənini sevən, eyni zamanda ailəsinə, qadına və başqa dinlərin nümayəndələrinə hörmət edən şəxsdir. Sədr müavini milli və dini kimlik anlayışlarının oxşar və fərqli xüsusiyyətləri haqqında tədbir iştirakçılarına ətraflı bilgi verib.

Tədbirdə söz alan DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizm, ekstremizm və fanatizmin mahiyyəti, eləcə də dini radikal qrupların təbliğat metodları barədə iştirakçıları məlumatlandırıb.

Bildirib ki, radikal qruplar insanları informasiyadan təcrid edir, onlara yalnız özlərinin məqbul saydığı informasiyanı ötürürlər. R. Əsgərov çıxışında dini zəmindəki terrorizm haqqında da ətraflı məlumat verib.

Seminar-treninqin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara Dövlət Komitəsinin nəşri olan dini ədəbiyyatlar paylanılıb.

Qazaxda keçirilən ikigünlük seminar-treninq başa çatıb-


Qazaxda keçirilən ikigünlük seminar-treninq başa çatıb-


Qazaxda keçirilən ikigünlük seminar-treninq başa çatıb-


İnform.az

Baxış sayı: 37