İqtisadiyyat, Hüquq
22.06.2018 / 15:14

Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb- FOTO

Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-
Dövlət Gömrük Komitəsinin Akademiyasına 2014-cü ildə bakalavr səviyyəsi üzrə qəbul olunmuş tələbələrin yekun dövlət attestasiyası (buraxılış işinin müdafiəsi) bu gün başa çatıb.

Xatırladaq ki, yekun dövlət attestasiyası iyunun 20-dən başlayıb.

İnform.az-ın DGK Mətbuat Xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, bugünkü imtahan prosesində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, iqtisadiyyat ixtisası üzrə komissiyanın sədri - Vergilər naziri Mikayıl Cabbarov, hüquqşünaslıq ixtisası üzrə komissiyanın sədri - Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iştirak ediblər.

İmtahandan əvvəl komissiya sədrləri tələbələrə uğurlar arzulayıb, onların məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahına sərf edəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Sonra tələbələr ixtisasları üzrə seçdikləri mövzuya uyğun buraxılış işlərini təqdim edib, imtahan komissiyası sədrləri və üzvlərinin suallarını ətraflı cavablandırıblar.

Qeyd edək ki, bu il Akademiyanın iqtisadiyyat ixtisası üzrə 20, hüquqşünaslıq ixtisası üzrə 17 tələbənin təhsili başa vurması gözlənilir.

Yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndiriləcək, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.

Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-


Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-

Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-


Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-


Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-


Gömrük Akademiyasında yekun dövlət attestasiyası başa çatıb-

İnform.az






Baxış sayı: 60