Bilik Fondu Folklor İnstitutunda görüş təşkil edib- FOTO

İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, Səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydinin mühazirəsi dinlənilib.
AMEA-nın Folklor İnstitutunun rəhbərliyi və kollektivinin, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun iştirakı ilə baş tutan tədbirdə İnstitutun direktoru, professor Muxtar İmanov xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında folklor mədəniyyətinin oynadığı roldan danışıb. Qeyd edib ki, əksər xalqların folklor nümunələrində bir çox oxşar cəhətlər var.
Ə.Elaydi çıxışında təmsil etdiyi ölkənin qədim mədəniyyəti, Misir-Azərbaycan əlaqələrinin tarixi və bu əlaqələrin inkişaf mərhələləri barədə ətraflı məlumat verib. Məruzəçi Azərbaycanla Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini xatırladaraq, elmi və mədəni əlaqələrin daha da genişlənməsi məqsədi ilə keçmişin dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirib.
Tədbirdə qonağa Folklor İnstitutunun Azərbaycan folklorunun incilərindən ibarət hədiyyə dəsti təqdim olunub.


İnform.az
Baxış sayı: 125

Digər xəbərlər:

Mədəniyyət naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikasının Azərbaycandakı ...
23 may / 18:50
Macarıstan səfiri Bilik Fondunda olub-
08 may / 18:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib-
18 aprel / 16:24
"Mədəni irsin tanıdılmasında musiqi və folklor ənənələrinin rolu"
18 dekabr / 17:04
ADU-da "Azərbaycan-İordaniya münasibətləri: tarix və mədəniyyət" adlı təd ...
01 dekabr / 17:29
Qonaq Heydər Əliyev adına Müasir Təhsil Kompleksində olub
13 noyabr / 21:35
Bilik Fondu pulsuz ərəb dili kursları təşkil edəcək
09 oktyabr / 17:30
İtaliyalı alimlər Azərbaycanda
03 oktyabr / 02:57
Folklor İnstitutundan dərsliklərdəki vulqar ifadələrə münasibət
29 sentyabr / 12:57
Misir ədəbi əlaqələri müzakirə olunub
28 avqust / 15:36