İqtisadiyyat
22.06.2018 / 12:48

Mobil ofislərə müraciət et, çıxarışını al- “Kütləvi çıxarış” kampaniyası bu dəfə Cəlilabadda(Foto)

Mobil ofislərə müraciət et, çıxarışını al-
Əmlak Məsələləri Dövlət Komitəsi hər zaman öz fəaliyyətində müasir və innovativ üsulları tətbiq edərək vətəndaşlara göstərilən xidmətin səviyyəsini yüksəldir, əlçatanlığı təmin edir.

“Xidmət vətəndaşın ünvanındadır” prinsipinə uyğun olaraq keçirilən sosial aksiyalar vasitəsilə kütləvi şəkildə əhali əmlaka dair çıxarışlarla təmin olunur.

Növbəti belə kampaniya 22 iyun tarixində reallaşıb.

ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, kampaniyanın budəfəki ünvanı Cəlilabad rayonu olub. Kampaniya zamanı rayonun Cəlilabad və Göytəpə şəhərləri, habelə, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə ünvanlarda qeydiyyat xidmətləri göstərilib.

Daşınmaz əmlakın qeydiyyatı xidmətini birbaşa olaraq yaşayış ünvanı gətirərək qısa zamanda çıxarışların təqdim olunmasını mümkün edən kampaniya Cəlilabad rayonunun bir neçə kəndini əhatə edib.

Bu da bölgə əhalisinin vaxt itkisi olmadan, rahat şəkildə əlavə məsafə qət etmədən xidmətdən yararlanmasına səbəb olub.

Əmlak çıxarışları mobil ofislər vasitəsilə komitənin mütəxəssisləri tərəfindən bilavasitə ünvanlarda təqdim olunub.

Reallaşan kampaniyada 150-ə yaxın sakin əmlak qeydiyyatı ilə bağlı xidmətdən yararlanıb.

Bundan 80-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olundu. Belə ki, 40-a yaxını kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaq sahələri, 20-ə yaxın həyətyanı torpaq sahələri, 10-a yaxın isə fərdi yaşayış evləri üzərində çıxarışlar təqdim olunub.

Kampaniya zamanı 90 rayon sakinindən ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Qəbul edilən ilkin sənədlər də əsasən pay torpaqları, fərdi yaşayış evləri və həyətyani torpaq sahələrinə aid olub.

Cəlilabad rayonunda sakinlərin çıxarışlarla təmin olunması ilə yanaşı bu sahədə digər hüquqi xidmətlər də göstərilib.

Belə ki, daşınmaz əmlak xidmətləri haqqında suallar cavablandırıldı, bu xidmətilərin göstərilməsi üçün lazım olan sənədlər və proseduralar izah olundu. Komitənin fəaliyyətində istifadə olunan yeniliklər, sadələşmiş və elektron formada göstərilən xidmətlər barədə əməkdaşlar tərəfindən maarifləndirmə işi aparılıb.

Bundan başqa mobil ofislərdə yaradılan şərait nəticəsində mütəxəssislər çıxarış veriləcək əmlakların müayinəsini, çöl-ölçmə işlərini, texniki plan-ölçülərinin müəyyən olunmasını həyata keçirdilər.

Qeyd edək ki, belə kampaniyalar zamanı əmək fəaliyyətindən uzaqlaşmaq imkanı olmayan məşğul əhaliyə iş yerlərində, fiziki məhdudiyyətli şəxslərə evlərində də çıxarışlar verilir. Bu da birbaşa olaraq onların rahatlığına və vaxtlarına qənaətə istiqamətlənib.

Belə xidmətlərin göstərilməsi bölgə sakinlərinin əmlaklarından iqtisadi faydalılıq üçün aktiv istifadə etməsinə, qanunvericiliyə əsasən qeydiyyata alınmış əmlakların sayının artmasına şərait yaradır.

Xidmətləri vətəndaşların olduqları məkana gətirən bu kampaniya yaşayış obyektləri ilə yanaşı müxtəlif əmək fəaliyyəti ərazilərdə - fabrik və zavodlarda, tarlalarda, əkin-biçin yerlərində də həyata keçirilir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə mobil xidmətlər müxtəlif regionlarda davam edərək vətəndaş rahatlığı və məmnunluğunu daha da artıracaq.

Mobil ofislərə müraciət et, çıxarışını al-


Mobil ofislərə müraciət et, çıxarışını al-


İnform.az

Baxış sayı: 63