Baş xəbər, Mədəniyyət
22.06.2018 / 10:32

Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? – FOTO

Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –
Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçirilib.

İnform.az-ın xəbərinə görə, iyunun 20-də təşkil olunan tədbirdə əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” fotosərgisinə baxış keçirilib.

Naxçıvanın bütün gözəlliklərini, özünəməxsus təbiətini və müasir inkişafını nümayiş etdirən fotolar maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Haçadağ”ın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının baş katibi Düsen Kaseinova hədiyyə edib.

Məlumat üçün bildirək ki, H.Bağırovun ilk dəfə mayın 22-də Bakıda Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonu - “Gallery-1969”da “My Nakhchivan” (“Mənim Naxçıvanım”) adlı fotosərgisi keçirilib.

Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


Vasif Talıbov fotoqrafın əsərlərini kimlərə hədiyyə etdi? –


İnform.az

Baxış sayı: 205