Dünya, Siyasət
22.06.2018 / 09:00

Trampın milli təhlükəsizlik üzrə müşaviri Moskvaya səfər edəcək

Trampın milli təhlükəsizlik üzrə müşaviri Moskvaya səfər edəcək
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvaya səfər edəcək.

İnform.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qarret Markuis “Tvitter” səhifəsində bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi D.Trampın rusiyalı həmkarı Vladimir Putinlə mümkün görüşünü müzakirə etməkdir.

O, həmçinin C.Boltonun Rusiyaya səfərinin iyunun sonuna planlaşdırıldığını yazıb.

Qeyd edək ki, D.Tramp bundan əvvəl iyulda V.Putinlə görüşmək imkanını nəzərdən keçirdiyini bildirib.

İnform.az

Baxış sayı: 49