Dünya, Hərbi
22.06.2018 / 08:47

ABŞ HHQ “Huey” helikopterlərini əvəzləyəcək

ABŞ HHQ “Huey” helikopterlərini əvəzləyəcək
ABŞ Hərbi Hava Qüvvələri UH-1N helikopterlərinin əvəzlənməsinə dair bu ilin sonuna qədər müqavilə imzalamağı planlaşdırır.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə bu gün HHQ-nin mətbuat xidməti məlumat yayıb.

ABŞ HHQ 2020-2032-ci illər arasında azı 7 bazasında yerləşən UH-1N helikopterlərini əvəzləməyi planlaşdırır. Bununla bağlı hələ 2016-cı ildə ABŞ Baş Qərargahı 46 yaşlı həmin təyyarələrin əvəzlənməsi məqsədilə 84 yeni təyyarənin alınacağını açıqlayıb.

ABŞ HHQ-nin rəsmi internet saytında göstərilən məlumata görə, 2015-ci ilin məlumatlarına əsasən HHQ-nin xidmətində 59 “Huey” helikopteri var.

İnform.az

Baxış sayı: 35