Sosial
22.06.2018 / 08:23

Gənclik Mall qarşısındakı tıxacın aradan qaldırılmasının çarəsi TAPILDI

Gənclik Mall qarşısındakı tıxacın aradan qaldırılmasının çarəsi
Tofiq Bəhramov adında Respublika stadionunun qarşısında yeni avtobus dayanacaq məntəqəsi təşkil ediləcək.

İnform.az-ın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, Gənclik Mall-un qarşısında gündəlik müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün isə Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır.

Onun sözlərinə görə, ümumilikdə paytaxt yollarında 166 məntəqədə avtobus dayanacaq cibləri və piyada səkiləri inşa ediləcək, dayanacaq pavilyonları quraşdırılacaq və məntəqələr təşkil ediləcək.

İnform.az

Baxış sayı: 37