Elm-təhsil
22.06.2018 / 02:20

Çinli alimlər Fizika İnstitutunda- FOTO

Çinli alimlər Fizika İnstitutunda-
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda Pekin Universitetinin prorektoru, çinli alim Tian Gangin və nümayəndə heyəti qonaq olublar.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, qonaqlar ilk olaraq Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovla görüşüblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İnstitutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və başqaları iştirak edib.

İlk olaraq N.Məmmədov qonaqlara Fizika-Riyaziyyat və Texnika Elmləri bölməsinə daxil olan institutlar haqqında məlumat verib. Bildirib ki, bölməyə AMEA-ın 7 institutu daxildir. O, burada aparılan elmi-tədqiqat işləri haqqında ətraflı söhbət açıb. Görüşdə çıxış edən İ.Quliyev AMEA-ya 40-dan çox İnstitutun daxil olduğunu qeyd edib. Bildirib ki, Akademiya ölkənin aparıcı elmi müəssisəsidir.

Daha sonra Fizika İnstitutunda seminar təşkil edilib. Seminarı giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb.

O, məruzəçi haqqında məlumat verib. Bildirib ki, çinli riyaziyyatçı Tian Gangin Amerika İncəsənət və Elm Akademiyasının akademikidir və həndəsi analiz və kvant kohomologiyası, xüsusilə də Qromov-Witten invariantları sahəsində tanınmış alimdir. Daha sonra məruzə dinlənilib. Mövzu ətrafında suallar cavablandırılıb.

Sonda qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda quraşdırılan ən son maddi-texniki baza və alimlərin fəalyyəti ilə tanış olublar.

Çinli alimlər Fizika İnstitutunda-


Çinli alimlər Fizika İnstitutunda-


İnform.az

Baxış sayı: 45