Baş xəbər, Dünya, Hərbi
21.06.2018 / 16:30

İran Ədən körfəzinə döyüş gəmiləri göndərib

İran Ədən körfəzinə döyüş gəmiləri göndərib
İran Yəmənin sahillərindəki Ədən körfəzinə iki ədəd savaş gəmisi göndərib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, İran donanması “Hark” və “Subulan” gəmilərini Ədən körfəzinə göndərib.

Helikopter daşıma imkanına malik “Hark” və esmines dəstək gəmisi olan “Subulan” donanmanın 54-cü filotiliyasını təşkil edir.

Ərəbistan yarımadasının cənub sahilində Hind okeanını Qırmızı dənizlə birləşdirən Ədən körfəzi strateji əhəmiyyətə malikdir. Bura, həm də Səudiyyə Ərəbistan rəhbərliyindəki koalisiyanın Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar baxımdan da önəmli rol oynayır.

İnform.az

Baxış sayı: 71