Sosial
21.06.2018 / 14:43

“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib- FOTO

“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-
İyunun 20-də “Ahıllara və Tənhalara Dəstək” İctimai birliyi Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda məskunlaşan kimsəsiz qocalar arasında stolüstü idman oyunları üzrə yarış təşkil edib. İdman yarışı “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub.

İnform.az qht.az-a istinadən bildirir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

Yarışdan öncə təşkil olunan tədbirdə çıxış edən Pansionatın direktoru Qətibə Əsədova bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, pansionat sakinlərinin istirahətinin səmərəli keçirlməsi onlarının əhval ruhiyyəsinə müsbət təsir göstərir.

Xüsusən bu tədbirlərin müxtəlif qurumlar tərəfindən təşkil olunması yeni ünsiyyətlərin və əlaqələrin meydana gəlməsinə səbəb olur.

Daha sonra çıxış edən “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Təşkilat sədri bildirib ki, layihənin məqsədi yaşlı nəslin nümayəndələrinin yaradıcılıq bacarıqlarının təqdim edilməsi, cəmiyyətə yaşlı insanlara qayğının vacibliyinin aşılanması, yaşlı insanların asudə vaxtının təşkil olunmasından ibarətdir.

Şahmat, nərd və dama üzrə keçirilən yarışda 20 yaşlı insan iştirak edib.

Hər qrup üzrə birinci yerin sahiblərinə qiymətli hədiyyələr, iştirakçılara isə hədiyyələr təqdim olunub.

“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-


“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-


“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-


“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-


“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-


“Ahıllara və Tənhalara Dəstək” İB qocalar arsında yarış keçirib-




İnform.az

Baxış sayı: 98