Texnologiya
21.06.2018 / 12:40

Instagramdan yeni VİDEOPLATFORMA(Foto)

Instagramdan yeni
Məşhur Instagram fotoservisi 1 milyard istifadəçi kütləsinə çatdığını bildirdi və 60 dəqiqəlik videoların yaradılması, baxılması üçün özünün yeni IGTV adlı platformasını təqdim edib.

İnform.az-ın technote.az-a istinadən verdiyi xəbərə görə, platformanın təqdimatı San Fransiskoda baş tutub.

IGTV həm Instagram daxilində aktiv olacaq həmdə ayrıca tətbiq kimi də istifadəyə veriləcək. Yeni platformanın ayrıca tətbiq kimi yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağına söz verilib.

Instagramdan yeni

Qeyd etmək lazımdır ki, Instagram üçün olan standart videoların xronometrajı hələ də 60 saniyəni keçmir. IGTV platformasında istifadəçilər məşhur bloqqerlərdən və Instagram ulduzlarından olacaq uzun xronometrajlı videoları izləyə biləcəklər. Onlar həmçinin öz videolarını da bu platformaya yükləyə biləcəklər. Videoları həmçinin şərh etmək və ya hansısa digər istifadəçiyə Direct vasitəsilə göndərmək mümkün olacaq.

Instagramdan yeni

Bundan əlavə olaraq videoların müəllifləri həmdə öz videolarını IGTV-dən Instagram hesablarında aktual Stories-lərində də paylaşa biləcəklər.

Beləliklə 1 milyardlıq istifadəçi kütləsi və 60 dəqiqəlik videolar ilə Instagram YouTube servisinə rəqib olacaq və bununla yanaşı öz videoları ilə nəinki pul qazanmaq istəyən həmdə yeni auditoriya yığmağı nəzərdə tutan yeni istifadəçi kütləsini də cəlb edəcək. Məlumata əsasən fotoservis IGTV platformasında video müəlliflərinə gəlir sistemini təqdim edəcək.

İnform.az

Baxış sayı: 99