Dünya, Hərbi
21.06.2018 / 12:15

Ermənistan MN-dən uzaqlaşdırılan generala yenidən vəzifə verilib

Ermənistan MN-dən uzaqlaşdırılan generala yenidən vəzifə verilib
2016-cı ilin 30 may tarixində Ermənistan müdafiə nazirliyinin silahlandırma idarəsinin rəisi general-mayor Mels Çilinqaryan, polkovnik Armen Marqaryan və Mher Papyan həbs edilib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, polkovniklər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdular.

Qeyd edilənlərdən yalnız polkovnik Armen Markaryan müttəhimlər kürsüsündə peyda olub.

Lakin general-mayor Mels Çilinqaryan bütün bu aşkar edilən çatışmazlıqlardan müəyyən vaxt sonra sabiq müdafiə naziri Vigen Sarkisyanın məsləhərçisi təyin edilib.

İnform.az

Baxış sayı: 77