Dünya, Siyasət
21.06.2018 / 10:20

“Qarabağın qaytarılması…”- Erməni spiker sərsəmlədi

“Qarabağın qaytarılması…”-
Ermənistan parlamentinin sədri Ara Babloyan İrəvanda Fransa Nümayəndələr Palatasının deputatı Cek Marilosyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Fransanın ATƏT-in Minsk qrupunda həmsədri ölkə kimi münaqişənin nizamlanmasında üzərində götürdüyü öhdəlikləri yerinə yetirdiyini deyən erməni spiker növbəti sərsəm iddiasını səsləndirib.

Babolyan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının Ermənistan üçün müzakirə mövzusu olmadığını söyləyib:

“Qarabağ Azərbaycanın tərkib hissəsi ola bilməz. Bu, bizim üçün müzakirə mövzusu deyil. Bizim üçün əsas məsələ Ermənistanın və Qarabağın təhlükəsizliyinin təmin edilməsidir”.


İnform.az

Baxış sayı: 72