Dünya, Hərbi
21.06.2018 / 09:50

Ukrayna Kəşfiyyat Orqanı SQ-nin keçmiş zabitini ələ keçirib

Ukrayna Kəşfiyyat Orqanı SQ-nin keçmiş zabitini ələ keçirib
Ukrayna ordusunun keçmiş zabiti Oleksey Bidusenko həyata keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.

İnform.az ordu.az istinadən xəbər verir ki, əməliyyat Ukrayna Ordusuna məxsus 93-cü motoatıcı alayın kəşfiyyat qrupu və Kəşfiyyat idarəsinin “Mospino” taktiki heyəti tərəfindən həyata keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən Oleksey Budisenko artıq hüquq müdafiə orqanlarına təhvil verilib.

Qeyd edək ki, o, Ukrayna böhranı zamanı vətənə xəyanət etməkdə ittiham olunurdu.

Ukrayna Kəşfiyyat Orqanı SQ-nin keçmiş zabitini ələ keçirib


İnform.az

Baxış sayı: 118