Şərhlər
21.06.2018 / 09:30

Qələbələrə aparan yolun BAŞLANĞICI

Qələbələrə aparan yolun
Elxan Şükürlünün facebook səhifəsindən:

ORDU-hədəfi olan bir millətin şərəf yeri, qürur və ilham mənbəyidir.

Müharibələr isə belə bir Ordunu qurmaq, formalaşdırmaq imkanı...

Biz Qarabağı Ordumuz olmadığından itirdik, ancaq bu gün onu qaytarmaq üçün qurduğumuz Ordu artıq addım-addım, qarış-qarış itirdiklərimizi geri gətirməkdə, sözün həqiqi mənasında, millətimizin şərəf və qürur ünvanına çevrilməkdədir!

Dostlar, inşallah, altı gün sonra ölkəmiz möhtəşəm bir hərbi paradı izləyəcək, Silahlı Qüvvələrimizin istər nizam-intizam, istərsə də silah-sursat, maddi-texniki təchizat və döyüş hazırlığı imkanları baxımından haradan haraya yüksəldiyini, arsenalında nələrin olduğunu bir daha hər kəs görmək imkanı əldə edəcək.

Gəlin, biz də Ordumuza ümumxalq dəstəyini nümayiş etdirmək məqsədiylə qarşıdakı bu altı gün ərzində rastlaşdığımız, yanından ötüb keçdiyimiz hər bir hərbçimizi ürəkdən, hərbi qaydada salamlayaq, onlara öz hörmət və ehtiramımızı, bir millətin ümid və inam yerinə çevrildiklərini bu sayaq çatdıraq, ifadə edək! İnanın, gerçək hərbçi üçün xalq sevgisindən, xalqın ona olan inamını duymaqdan böyük və gözəl mükafat ola bilməz!

Xalq sevgisi, xalq inamı isə qələbələrə aparan yolun BAŞLANĞICIDIR!

İnform.az

Baxış sayı: 115