Dünya, Siyasət
21.06.2018 / 08:00

Tramp Böyük Britaniya kraliçası ilə görüşəcək

Tramp Böyük Britaniya kraliçası ilə görüşəcək
ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası II Yelizaveta ilə görüşəcək.

İnform.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, görüş iyulun 13-ü Vindzor sarayında baş tutacaq və publika üçün bağlı olacaq.

Gözlənilir ki, Donald Tramp bundan əlavə Böyük Britaniyanın baş naziri Tereza Mey ilə də görüşəcək.

Qeyd edək ki, 2017-ci ildə Tereza Mey Donald Trampa Böyük Britaniya kraliçası II Yelizavetanın ölkəyə səfər etmək dəvətini verib.

İnform.az

Baxış sayı: 93