"Kim Çenə şəxsi nömrəmi verdim ki..."- Tramp

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri ilə görüşü barədə “Foks Nyus”a açıqlamasında deyib. O, görüş zamanı Kim Çenə şəxsi nömrəsini verdiyini söyləyib:
“Artıq ona zəng edib “bir problemimiz var” deyə bilərəm. Birbaşa mənimlə əlaqə saxlaması üçün ona nömrə verdim. Bir problem yarananda artıq mənə zəng vura bilər. Ünsiyyətimizin olması yaxşı bir şeydir".
Jurnaistin Atalar Günündə nə edəcəyi ilə bağlı sualını cavablandıran Tramp Şimali Koreyaya zəng edəcəyini deyib.
ABŞ prezidenti həmçinin Şimali Koreya lideri ilə görüşü zamanı otaqda olan koreyalı generala hörmət əlaməti olaraq hərbi salam verdiyini bildirib.
Qeyd edək ki, iyunun 12-i Donald Trampla Kim Çen İn Sinqapurda görüşüb. Ağ Ev liderinin görüş zamanı otaqda olan koreyalı generala hərbi salam verməsi ictimaiyyət arasında ciddi narazılığa səbəb olub.
İnform.az
Baxış sayı: 125

Digər xəbərlər:

Kim Çen In ABŞ-a səfər edəcək
13 iyun / 05:45
"Kremllə qarşıdurma Tramp üçün əlverişlidir..."
19 yanvar / 12:08
Şimali Koreyadan ABŞ-a razılaşma təklifi
04 noyabr / 15:51
İyirmi Şimali Koreya vətəndaşı ölkədən qaçıb
20 oktyabr / 16:25
"Şimali Koreya nüvə silahından imtina etməyə hazır olmalıdır"
17 oktyabr / 07:28
Şimali Koreya lideri bacısını işdən çıxarıb
09 oktyabr / 14:03
Şimali Koreya həbs etdiyi şəxsi qaytarıb
05 oktyabr / 15:34
Şimali Koreya ABŞ-ı hədələdi
16 avqust / 16:04
Yaponiya və Şimali Koreya danışıqlar aparıb
06 avqust / 12:39
Şimali Koreya müharibəyə hazırlaşır
30 iyul / 12:05