Diaspora Akademiyası, Mədəniyyət
15.06.2018 / 20:38

Rusiyadan İNFORM.Az-a

Rusiyadan

Nabat Muradxanova/Həştərxan şəhərinin Baş genekoloqu,
Fuad Həsənov/ İş adamı
Gena Davıdov/İş adamı


Qəriblikdə olanlar hər zaman doğma eldən, obadan xəbər almaq, o xəbərlərə sevinmək istərlər.

Bizlər də Rusiyanın Həştərxan şəhərində yaşayan azərbaycanlılar vətəndən xoş xəbərləri almaq üçün mütəmadi olaraq İnform.az saytını izləyirik.

Bu saytda bizim diqqətimizi çəkən hansı özəlliyidir?

Bu saytda biz şou aləminin iyrənc qalmaqalları, ailə-məişət zəminində ürək sızladan qətllər və digər cinayət tərkibli materiallarla qarşılaşmırıq.

Bu sayt qəlbimizdə ani olaraq belə bir hiss oyadır:"Sanki dünyada, əsasən də Azərbaycanda heç bir cinayət, heç bir iyrənc hadisə yoxdu."

Və bu hiss bizdə vətənimizin cinayətsiz, tərtəmiz bir ölkə olacağına ümid oyadır.

Bu gözəl hissi bizdə oyatdığına görə, saytın rəhbəri, səmimiyyətinə, şəxsiyyətinə, dövlətçilik və vətənpərvərlik xüsusiyyətlərinə böyük hörmət və sevgi bəslədiyimiz, araşdırmaçı-yazar Xalidə xanıma təşəkkür edirik.

Saytın "Diaspora Akademiyası""Qəriblikdə kimimiz var?" layihələrində mütəmadi olaraq dünyada yaşayan soydaşlarımızla bağlı maraqlı, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən materillar oxuyuruq.

Dəyərli Xalidə xanım!

Rəhbəri olduğunuz İnform.az saytının yaranma gününün üç illiyi münasibətilə sizi səmimi qəlbdən təbrik edirik.

O gün olsun ki, doğma övladınız kimi "mənim sonbeşiyim" dediyiniz İnform.az dünya mediasında öz sözünü deyib, imzasını yazan bir KİV orqanı olaraq tanınsın.

Uğurlarınız bol, sevinciniz əbədi olsun, əziz İnsan!

İnform.az

Baxış sayı: 207