Hüquq
15.06.2018 / 19:30

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Dəyanət Həsənovun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Şilavar kənd sakini Əfqan Əzizova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Sabirabad RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Dəyanət Həsənovun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

İnform.az

Baxış sayı: 37