Baş xəbər, Mədəniyyət
15.06.2018 / 13:00

Üç yaşın mübarək İNFORM.Az

Üç yaşın mübarək

Əmrah Fəqanoğlu/ ƏƏSMN-nin "Sosial həyat" jurnalında baş redaktorun müavini

Dəyərli dostumuz, gözəl insan, vətənpərvər ziyalımız, istedadlı jurnalist həmkarımız Xalidə Xalid xanımın rəhbərlik etdiyi İnform.az saytının iyunun 15-də 3 yaşı tamam olur.

Obyektiv, operativ, maraqlı xəbərləri, təhlil, reportaj, müsahibələri sayəsində qısa müddət ərzində geniş oxucu auditoriyasının rəğbət və inamını qazanmağa müvəffəq olan bu xəbər portalında dövlət başçısının sosial sahədə uğurla həyata keçirdiyi islahatlar, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə də geniş təhlilli materiallar dərc olunur.

İnform.az öz operativ, rəngarəng xəbərləri ilə oxucuları məlumatlandırmaqla yanaşı, həm də yeni qanunlar, qanunvericilik aktları ilə bağlı onlarda sual doğuran çoxsaylı suallara aydınlıq gətirir.

Həmçinin, hər bir oxucunun portala müraciətinə həssaslıqla yanaşılır, onların qaldırdıqları məsələlər qarşı tərəfin mövqeyi öyrənilməklə obyektiv şəkildə işıqlandırılır, necə deyərlər, haqq-ədalət özü yerini tapmış olur.

Bu gün Xalidə xanımın yığcam, peşəkar komandası ilə birgə araya-ərsəyə gətirdiyi üç yaşlı İnform.az saytı qarşısına qoyduğu böyük hədəflərə doğru kövrək, lakin çox inamlı addımlarla irəliləyir. Tutduqları bu çətin, məsuliyyətli və şərəfli yolda onlara yeni-yeni uğurlarar arzulayırıq!

Üç yaşınız mübarək, əziz və sevimli dostlar!



Üç yaşın mübarək

Əlisahib Hüseynov/Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Hörmətli Xalidə Xalid xanım!

Rəhbərlik etdiyiniz İnform.az saytını üç yaşı tamam olması münasibətilə təbrik edir və Azərbaycanın elektron media sferasında ən böyük uğurlara imza atmasını arzu edirəm.

Üç il bir media qurumu üçün elə də böyük bir zaman kəsimi deyil. Amma bu günki informasiya məkanındakı çox güclü rəqabəti nəzərə alsaq, "İnform.az" saytının bu müddət ərzində nəinki öz varlığını qoruyub saxlaya bilməsi, üstəlik də öz dəst-xətti olan və kifayət qədər oxunaqlı bir xəbər saytına çevrilməsi əslində böyük uğurdur. Bu uğurun müəllifi də məhz sizsiniz.

Mən saytınızın dərc etdiyi operativ xəbərləri, vətənpərvərliyi aşılayan, dövlətçiliyi təbliğ edən yazıları mütəmadi izləyirəm və partiyamızın xəbərlərinin, eləcə də mənim açıqlamalarımın, şərhlərimin saytınızda işıqlandırılmasına görə də həm sizə, həm də kollektivinizə öz minnətdarlığımı bildirirəm.

Gün o gün olsun ki, saytınızın 5 illik, 10 illik və daha sonrakı yubileylərini qeyd edək!

Qələminiz yorulmasın!

Üç yaşın mübarək

Qafar Cəfərli/yazıçı-publisist, AYB və AJB-nin üzvü, polis və müharibə veteranı

Hörmətli Xalidə xanım!

Hazırkı KİV bolluğunda İnform.az saytının seçilən, fərqli mövqeyi təqdirə layiqdir.Bu mövqe fəaliyyətə başladığı vaxtdan bu günədək saytın qərəzsiz, obyektiv, vicdanlı və paklıq kimi prinsipləri rəhbər tutmaları səbəbindən qazanılıb.

Səhifələrində həyat yoluna işıq salınan şəxs kimi mən saytın bu prinsiplərlə işləməsinin şahidiyəm.

Yaranmasının üç illiyini qeyd edən İnform.az saytının haqqı olduğu bayram ovqatına sevinclə qoşuluram.

Gözəl dost, ziyalı xanım, səmimi insan, istedadlı və və peşəkar yazar Xalidə Xalid başda olmaqla İnform.az saytının bütün kollektivini bu gözəl gün münasibəti ilə təbrik edirəm.

Sizlərə uzun, sağlam və sevinc dolu günlər yaşamağı arzu edirəm.

Qoy məlumatlarınız heç vaxt tükənməsin.

Dayandığınız zirvə əbədi məskəniniz olsun!

Üç yaşın mübarək

Faiq Mustafaoğlu/Dos.dr.kardioloq-Zonguldak özel Level Hospital

Dəyərli Xalidə Xanım!

Rəhbərlik etdiyiniz İnform.az saytının üç yaşının tamam olması münasibətilə ilə Sizləri və kollketivinizi təbrik edirəm.

Xaricdə Sizlərin doğru və obyektiv olan yazılarınızı oxumaq hər zaman zövqlü olur.

Yeni uğurlarınızı görmək və yazılarınızdan faydalana bilməmiz üçün Sizlərə can sağlığı, uzun ömürlər diləyirəm.

Qələminiz hər zaman kəsərli olsun.

Bir daha kollektivinizi təbrik edir, faəliyyətinizin davamlı olmasını diləyirəm.

Üç yaşın mübarək

Yusif Ağayev/Alii dərəcəli həkim-kordioloq, Modern hospital

Bu gün Azərbaycan KİV-də özünəməxsus yer tutmuş saytımızın üç yaşı tamam olur.

Bu üç ildə mübağiləsiz deyə bilərəm ki, 30 illik iş görmiş insanları, o cümlədən başda bacımız Xalidə Xalidi bu münasibətlə səmimi qəlbdən təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzu edirəm.

Həmişə belə səmi, düzgün,dəqiq və qərəzsiz olun!

Üç yaşın mübarək

Zeynel Abidin Kiyma/ Gap gazeteciler birligi Genel baskani

Inform.az haber sitesinin kurulusunun 3.yil dõnumunu kutlar.

Daha nice yillara basariyla erismesini dilerim.

Üç yaşın mübarək

Ləman Məmmədova/Bloger-İstanbul

Xalidə Xalid!

Sənin hər əməyinin şahidi olaraq deyə bilərəm ki, sən möhtəşəm qadınsan.

Uşaqlıqdan bəri müşahidə etmişəm ki, hər problemə, hər çətinliyə qarşılıq verdiyin cəsarətin və standart beyinlərə meydan oxuyan həyata baxışın başqalarında həsəd və paxıllıq oyandirsa da və bu səni incitsə də, zərrə qədər dəyişdirməyib.

Elə buna görə də, öz həqiqətinlə bir çox insanın həyatına rəng qatıb, bir çox layihəyə də işıq saçmısan.

İnform.az da sənin əməyinin və o əməyə qatdığın sevginin bəhrəsidir.

Bugün üç yaşı tamam olursa, məhz sənin sayəndə və məhz sənin əzminlə.

Arzu edirəm ki, bu gücün hər zaman mənə və qardaşıma enerji mənbəyi olan Günəş olmağa davam etsin.

Səninlə qürur duyuram, gözümün nuru!!!


İnform.az

Baxış sayı: 149