Sosial
14.06.2018 / 18:40

Təkrar emal müəssisələri ETSN-nin plastik tullantıların idarə edilməsi təşəbbüsünə qoşulublar- FOTO

Təkrar emal müəssisələri ETSN-nin plastik tullantıların idarə edilməsi təşəbbüsünə qoşulublar-

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə plastik tullantıların idarə olunması, ətraf mühitə təsirlərinin azaldılması, çeşidlənməsi, təkrar emalı vəmövcud vəziyyətdən çıxış yollarıistiqamətindəfikir mübadiləsi aparılıb və təkliflər dinlənilib.

ETSN-nin təşəbbüsü ilə plastik tullantıların toplanması məqsədilə sifariş verilmiş xüsusi konteynerlərin Bakı şəhərindəki bir çox parklarda yerləşdirildiyi şirkət nümayəndələrinin diqqətinə çatdırılıb.

Şirkət nümayəndələri nazirliyin bu təşəbbüsünə qoşularaq dəstək nümayiş etdirdiklərini, birgə təxirəsalınmaz tədbirlərin və bu sahədə maarifləndirmə işlərininhəyata keçirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Yekunda plastik tullantıların ətraf mühitə yaratdığı problemlərin sivil yollarla aradan qaldırılması məqsədiləbirgə tədbirlərin görülməsi barədə razılığa gəlinib.

ETSN hər kəsiplastik tullantıların idarə edilməsi işinə dəstək olmağa, onlardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə öz töhfələrini verməyə çağırır.

Təkrar emal müəssisələri ETSN-nin plastik tullantıların idarə edilməsi təşəbbüsünə qoşulublar-


İnform.az


Baxış sayı: 20