Din
14.06.2018 / 18:15

Mübariz Qurbanlı ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb- FOTO

 Mübariz Qurbanlı ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb-
İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill ilə görüşüb.

Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsinin sədri qonağı ölkəmizdəki dövlət–din münasibətləri konsepsiyası, dinlərarası harmoniya, dini etiqad azadlığı barədə məlumatlandırıb.

Bildirib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.

Mübariz Qurbanlı ölkəmizdəki dini ibadətgahların dövlət tərəfindən bərpa edilməsinin, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımlarının ayrılmasının buna bariz nümunələrdən olduğunu bildirib.

Əlavə edib ki, Prezident İlham Əliyevin yaxın günlərdə imzaladığı Sərəncama əsasən dini konfessiyaların dəstəklənməsi və fəaliyyətlərinin ahəngdarlığının təmin edilməsi məqsədi ilə onlara maliyyə yardımı ayrılıb.

ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu diqqətə çatdıran diplomat Azərbaycanın multikulturalizm modelinin dünyada çox dəyərli nümunələrdən birinə çevrildiyini deyib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

 Mübariz Qurbanlı ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb-


 Mübariz Qurbanlı ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb-


İnform.az

Baxış sayı: 20