Elm-təhsil
14.06.2018 / 14:35

"Horizon-2020" proqramı çərçivəsində təlim keçirilir- AMEA-da (Foto)

 "Horizon-2020" proqramı çərçivəsində təlim keçirilir-
İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasında Avropa Komissiyasının "Horizon-2020" proqramı üzrə yeni seçilmiş Milli Əlaqələndirici Şəxslər (MƏŞ) şəbəkəsi üçün praktiki təlimlərə start verilib. MƏŞ üçün təlim Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən keçirilir.

AMEA RH İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, təlim zamanı Azərbaycan alimlərinin proqram çərçivəsində fəal iştirakının təmini və təşviqi məqsədilə əlaqələndirici şəxslərin vəzifələri, fəaliyyət istiqamətləri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi haqqında ətraflı məlumat verilib. "Horizon-2020" proqramı üzrə növbəti mərhələ üçün MƏŞ-in iş planı müzakirə olunub.

Qeyd edək ki, təlim işini iyunun 15-də davam etdirəcək.

 "Horizon-2020" proqramı çərçivəsində təlim keçirilir-


 "Horizon-2020" proqramı çərçivəsində təlim keçirilir-


İnform.az

Baxış sayı: 26