Din
14.06.2018 / 16:12

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib- Astarada (Fotolar)

 Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-
Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)birgə təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Şöbədən İnform.az-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qısbəs Məmmədova,RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri, din xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev çıxışında Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.

Astara RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qısbəs Məmmədova çıxışında Ümummilli Lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti və zəngin irsi haqqında tədbir iştirakçılarına məlumat verib. Q.Məmmədova həmçinin ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin Ulu Öndər Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini vurğulayıb.

QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli və digərləri çıxışlarında Azərbaycan xalqının Heydər Əliyev ideyalarına sadiq olduğunu, onun dövlətçiliyimiz qarşısındakı əvəzolunmaz xidmətlərinin hər bir azərbaycanlının qəlbində yaşadığını qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-


 Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-


İnform.az

Baxış sayı: 48