Dünya
14.06.2018 / 15:07

Ermənistanda terror təşkilatının lideri azadlığa buraxılıb

Ermənistanda terror təşkilatının lideri azadlığa buraxılıb
Ermənistanda "Sasna Tsrer" terror təşkilatının "xaç atası", mənəvi lideri Jirayr Sefilyan həbsdən azad edilib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu gün Jirayr Sefilyan və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesinin nəticəsində daha öncəki hökm dəyişdirilib və o azad edilib.

Bundan başqa, Qevorq Safaryan, Nerses Poğosyan, Qalust Qrigoryan, Hrayr Topçyan, Sasunik Kirakosyan, Hovhannes Petrosyan da azadlığa buraxılıb.

Qeyd edək ki, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri üzrə Departamentinin rəhbəri Dirk Şubel və qurumun nümayəndəliyinin başçısı Pyotr Svitalsk İrəvanda Ermənistan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş keçirmişdi. Avropa rəsmilər görüş zamanı Ermənistana siyasi məhbusların siyahısını təqdim edib. Siyahıda "Sasna Tsrer” qruplaşmasının yalnız bir üzvünün adı olub. Digərləri isə terrorçu qruplaşma üzvü sayıldığı üçün siyahıya salınmayıb.

Qeyd edək ki, “Sasna tsrer" qruplaşması 2016-cı il iyulun 17-də İrəvanda Post-Patrul Xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eğiazaryan da olub.

İnform.az

Baxış sayı: 34