Sosial
14.06.2018 / 14:27

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək- Bayram günlərində

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək-
15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.

"Azərsu"-nun İctimaiyyətlə əlaqələr şöbəsinindən İnform.az-a verilən məlumata görə, qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

İnform.az

Baxış sayı: 44