Türkiyə, Mədəniyyət
14.06.2018 / 14:09

“Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı keçiriləcək- KİV-nin NƏZƏRİNƏ!

“Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı keçiriləcək-
İyun ayının 14-də Bakıda Yunus Əmrə İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı olacaq.

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsis edilməsi haqqında Qanun və onun əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin rəsmi dili və Parlamentdə işlənən digər dillər kimi maraqlı məsələlər arxiv materialları və Cümhuriyyət dövrünün stenoqrafik hesabatları əsasında geniş işıqlandırılıb.

Qeyd edək ki, kitabın elmi redaktoru akademik Kamal Abdullayev, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir.


İnstitutdan İnform.az-a verilən məlumata görə, təqdimat mərasimi 14 İyun saat 15:00-da Bakı Yunus Emre İnstitutunun konfrans zalında (Rəşid Behbudov küç. 142, 2-ci mərtəbə) baş tutacaq.

İnform.az

Baxış sayı: 31