Sosial
14.06.2018 / 11:00

Metropolitenə yeni mətbuat katibi təyin edildi

Metropolitenə yeni mətbuat katibi təyin edildi
Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

İnform.az-ın məlumatına görə, B.Məmmədov artıq beş ildir ki, Bakı metrosunda çalışır.

O, 2017-ci ilin yanvarından Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi rəisinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bundan əvvəl "Bakı Metropoliteni"nin mətbuat katibi Nəsimi Paşayev idi.

İnform.az

Baxış sayı: 35