Diaspora Akademiyası
14.06.2018 / 11:15

Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib- FOTO

Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib-
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan Respublikasına rəsmi səfəri çərçivəsində Rustavi və Marneuli də bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, nümayəndə heyətinin iştirakı ilə Rustavi şəhərində Heydər Əliyev adına parkda ümummil liliderin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Fuad Muradov Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın evində təşkil edilən anım günündə iştirak edib.

Görüşdə aşığın xatirəsi yad edilib, onun məktəbinin davamçısı olan aşıqların çıxışları dinlənilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin qonşu Gürcüstana səfəri bu ölkənin mətbuatında da geniş işıqlandırlıb.

Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib-


Borcalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib-


İnform.az

Baxış sayı: 42