Sosial
14.06.2018 / 10:50

Metropoliten xüsusi rejimdə işləyəcək- Bayram günlərində

Metropoliten xüsusi rejimdə işləyəcək-
15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.

İnform.az Metropolitenin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

İnform.az

Baxış sayı: 65